İŞ SAHƏLƏRİ

AeL iş sahələri böyük həcmdə məlumat/dərslər yadda saxlayır və nizamlayır. Bu modul məlumatı mərkəzi məlumat bazasında toplayır və sistem tərəfindən müəyyən olunmuş ierarxiya strukturunda saxlayır. Bu sahədən istifadəçinin fərdi və ümumi qovluqlara daxilolma hüququ var və o, burada sənədlərini idarə edə bilər. Burada həmçinin axtarış, təsdiqlənmiş kontent və idxalların statusu da mümkündür.

KONTENT SAHƏSİ


Bura müxtəlif sənədlərin saxlandığı sahədir.

Fayl əməliyyatları / Qovluq əlavə et

Öz fərdi qovluğunuzda yeni qovluq yaratmaq üçün Fayl əməliyyatları panelində Qovluq əlavə et düyməsini basın.

Qovluğun adını daxil edin sonra [Ok] düyməsini basın.

  • Fayl əməliyyatları / Adı dəyiş

    Qovluğun adını dəyişmək üçün Adı dəyiş düyməsini basın və adı dəyişmə pəncərəsində yeni adı daxil edin.

  • Fayl əməliyyatları / Sil

    Bir və daha artıq faylı (qovluğu) silmək üçün faylı (və ya qovluğu) seçin və alətlər panelində Sil düyməsini basın. Sonra isə silməni təsdiqləyəcəyiniz təsdiqləmə pəncərəsi açılır.

  • Fayl əməliyyatları / Faylları yüklə

    Fayllar yükləmək üçün alətlər panelində Faylları yüklə düyməsini basın. Bir və ya bir neçə fayl yükləyə biləcəyiniz pəncərə açılır.

  • Fayl əməliyyatları / HTML sənəd / Yeni sənəd yarat

    Yeni HTML fayl yaratmaq üçün alətlər panelində HTML sənəd menyusunda Yeni sənəd yarat elementinə basın. HTML redaktoruna malik yeni səhifə açılacaq.

  • Fayl əməliyyatları / HTML sənəd / Seçilmiş sənədi redaktə et

    HTML faylı redaktə etmək üçün faylı seçin və alətlər panelində HTML sənəd menyusunda Seçilmiş sənədi redaktə et elementinin üzərinə basın. HTML redaktoruna malik yeni səhifə açılacaq.

  • Fayl əməliyyatları / Sənədin kontentini brauzerdə göstər

    Sənədlərin kontentini brauzerdə göstərib göstərməmək üçün bu düyməni işarə edin.

  • Mübadilə buferi / Kopiyala - Əlavə et

    Faylları və qovluqları bir qovluqdan digərinə kopiyalamaq üçün faylları və ya qovluqları seçin Kopiyala düyməsini basın, mənbə qovluğuna naviqasiya edin və Əlavə et düyməsini basın.

  • Mübadilə buferi / Kəs - Əlavə et

    Faylları və qovluqları bir qovluqdan digərinə köçürmək üçün faylları və ya qovluqları seçin Kəs düyməsini basın, mənbə qovluğuna naviqasiya edin və Əlavə et düyməsini basın.

  • Mübadilə buferini redaktə et

    Bu funksiyanın köməyi ilə siz Elementi sil düyməsinə basmaqla elementi mübadilə buferindən silə bilərsiniz və ya Mübadilə buferini təmizlə düyməsini basmaqla bütün elementləri silə bilərsiniz.

  • Ümumi istifadə və təhlükəsizlik / Bu qovluğu ümumi et

    Cari qovluğu ümumi etmək üçün Qovluğu ümumi et düyməsinə basın. Qovluğu paylaşmaq istədiyiniz istifadəçiləri seçə biləcəyiniz yeni səhifə açılacaq, sonra Ümumi qovluğu yadda saxla düyməsini basın.

  • Ümumi istifadə və təhlükəsizlik / Cari qovluq üçün icazələri redaktə edin

    Bu funksiya sizə fərdi sənədlərinizdən olan qovluqlar üzərində icazələri əlavə etməyə, redaktə etməyə və ya silməyə kömək edəcək.

    Valideyndən mənimsənilmiş düyməsinə basmaqla əvvəldən seçilmiş qovluğun əsas icazələrini əldə edirsiniz.
    İcazələri törəmə qovluqlara kopiyalamaq üçün İcazələri kopiyala düyməsini basın.

    İcazələr əlavə etmək üçün sol paneldən istifadəçi, komponent və ya qrupu seçin və Əməliyyatlar menyusundan Əlavə et düyməsini basın.

  • İdxal və ixrac / Arxivi idxal et

    Bu funksiya ilə siz arxivləşdirilmiş faylları idxal edə və ya daha sonra idxal etmək üçün cədvəlləyə bilərsiniz.

    Faylları idxal etmək istədiyiniz qovluğu seçin, İdxal və ixrac panelində Arxivi idxal et düyməsini basın.

    Bu pəncərədən lazımi faylları açın və idxalın başlanacağı tarixi seçin, sonra Yüklə düyməsini basın.

  • İdxal və ixrac / Kataloqu idxal et

    Bu funksiya ilə siz kataloqu idxal edə və ya daha sonra idxal etmək üçün cədvəlləyə bilərsiniz.

    Kataloqu idxal etmək istədiyiniz qovluğu seçin, İdxal və ixrac panelində Kataloqu idxal et düyməsini basın.

    Bu səhifədən kataloqun yolunu açın, arxivin adını daxil edin, “İdxal üçün planlaşdırılmış tarix və vaxt” xanasını doldurun və sonra təsdiqləmə düyməsini basın.

  • İdxal və ixrac / Kataloqu ixrac et

    Qovluğu ixrac etmək üçün siz kataloqu ixrac etmək istədiyiniz qovluğu seçirsiniz, sonra Kataloqu ixrac et düyməsinə basırsınız. Yeni pəncərə açılır; buradan siz faylı yadda saxlaya bilərsiniz.

    Latın əlifbası hərfləri olmayan (məsələn, Yunan, Azəri, Rus) başlıqlı kataloqu ixrac etmək üçün siz həmin dili həm İdarəetmə paneli/Regional və Dil parametrləri/Təkmil - qeyri-Unicode proqramları üçün Dil (Control Panel/Regional and Language Options/Advanced - Language for non-Unicode programs) vasitəsilə, həm də AeL “Dili dəyiş” bölümündən dəyişməlisiniz.

  • Digər / Arxiv

    Bu funksiya ilə siz faylları və qovluqları arxivləşdirə bilərsiniz. Arxivləşdirmək istədiyiniz obyekti seçin, sonra Arxiv düyməsinə basın.

  • Digər / Arxivə bax

    Bu funksiya ilə siz Digər tab səhifəsində Arxivə bax düyməsinə basmaqla arxiv bazasına baxa bilərsiniz.

  • Digər / Tarixçəni göstər

    Bu funksiya ilə siz öz fərdi sənədlərinizdən fayl və ya qovluq versiyalarını görə bilərsiniz. Sənədləriniz içərisindən fayl və ya qovluq seçin, sonra Tarixçəni göstər düyməsini basın. Fayl və qovluq versiyalarını görə biləcəyiniz yeni səhifə açılacaq.

  • Digər / Qaytar - Çıxar

    Fayl və ya qovluq çıxarıldıqdan sonra qaytarılır və bundan sonra fayl və ya qovluqlar haqqında məlumatı indiki vaxta kimi saxlaması üçün sistem onların versiyalarını yazır. Mümkün məlumat: versiya nömrəsi, faylı və ya qovluğu redaktə edən istifadəçi və “qaytar” vaxtı.

  • Digər / Fərdi atributları redaktə et

    Faylın fərdi atributlarını redaktə etmək üçün onu qovluqdan seçin və Fərdi atributları redaktə et düyməsinə basın.

    Bu səhifədən siz yeni fərdi atribut əlavə edə və ya mövcud olanlar üçün məlumatı yeniləyə bilərsiniz.

  • İdxal və ixrac / Kontent paketini idxal et

    Bu funksiya ilə siz həmin vaxt üçün arxivləşdirilmiş tədris obyektini idxal edə və ya daha sonra idxal etmək üçün cədvəlləyə bilərsiniz. Fərdi RLO qovluğunu seçin, sonra   piktoqramına basın

  • İdxal və ixrac / Tədris obyekti kataloqunu idxal et

    Bu funksiya ilə siz həmin vaxt üçün tədris obyekti kataloqunu idxal edə və ya daha sonra idxal etmək üçün cədvəlləyə bilərsiniz. Fərdi RLO qovluğunu seçin, sonra   piktoqramına basın.

    Bu səhifədən kataloqun yolunu açın, arxivin adını daxil edin, “İdxal üçün planlaşdırılmış tarix və vaxt” xanasını doldurun və sonra təsdiqləmə düyməsini basın.

  • İdxal və ixrac / Tədris obyektini ixrac et

    Tədris obyektini ixrac etmək üçün siz tədris obyektini seçməli və piktoqramına basmalısınız. Yeni pəncərə açılır və buradan siz faylı yadda saxlaya bilərsiniz.

  • İdxal və ixrac / Oflayn tədris üçün ixrac et

    Bu funksiyanın köməyi ilə siz tədris obyektini oflayn tədris üçün ixrac edə bilərsiniz.

  • Əməliyyatlar / Dəstlərdən test generasiya et Bu funksiyadan istifadə edərək siz fərdi və ya ümumi iş sahəsi çərçivəsində olan suallardan yeni testlər generasiya edə bilərsiniz. Test generasiya etmək üçün: İş sahələri/ Mənim iş sahəm/ Fərdi RLO qovluğu və ya İş sahələri/ Mənim iş sahəm/ Ümumi RLO qovluğu.

  • Əməliyyatlar / Ümumiyə keçir

    Bu funksiya ilə siz tədris obyektini öz Fərdi RLO qovluğunuzdan Ümumi RLO qovluğuna keçirə bilərsiniz. Materialın Ümumi RLO qovluğunda mümkün olması üçün o ilk əvvəl hüquqları təsdiq edən istifadəçi tərəfindən təsdiq olunmalıdır.

  • Əməliyyatlar / Fənnləri idarə et

    Buradan siz fənnləri dərslər və testlərlə əlaqələndirə bilərsiniz.

  • Əməliyyatlar / Tədris siniflərini idarə et

    Buradan siz tədris siniflərini dərslər və testlərlə əlaqələndirə bilərsiniz.

  • Tədris obyektinin üzərinə sağ düymə ilə basdıqda digər əməliyyatlar mümkün olur

    Testin nəticələrinin göstərilməsinə bax - burada testin nəticələri mümkündür.

    Bura əlavə olunmuş kursa bax - burada tədris obyektinin əlavə olunduğu kurslar mümkündür.

    Pleyerdə şagird kimi bax - materiala pleyerdə şagirdin görəcəyi formada bax.

    Virtual sinifdə dərs keç - bu materialı kurs yaratmadan və onu planlaşdırmadan virtual sinifdə tədris et.

    Baxış - tədris obyektinə pleyerdə bax.

  • Ümumi resurslar siyahısı

    Burada siz digər istifadəçilərlə ümumi etmək istədiyiniz qovluqları idarə edə bilərsiniz. Bu ümumi resurslar Fərdi qovluğunuzdan olan qovluqlar və ya Fərdi RLO qovluğunuzdan tədris obyekti qovluqları ola bilər. Siz bu ümumi resurslara baxa, onları əlavə edə (Digər qovluğu ümumi et, Digər tədris obyekti qovluğunu ümumi et parametrləri), redaktə edə (Əməliyyatlar / Redaktə et) və ya silə (Əməliyyatlar / Sil) bilərsiniz. this shares.

    Əlfəcinlər

    Bu sahə istifadəçiyə imkan verir ki, digər istifadəçilər tərəfindən onunla paylaşılan qovluqları əlfəcinləsin. Mövcud əlfəcinlər seçilməklə və Seçilmiş əlfəcini sil düyməsinə basmaqla silinə bilər. Bu səhifədə apardığınız hər hansı dəyişikliyi yadda saxlamaq üçün Dəyişiklikləri yadda saxla düyməsini basın.

    Dərs redaktoru


    Dərs redaktoru Fərdi RLO qovluğu / Yarat / Dərs Yarat menyusundan və ya İş sahələri menyusu / Dərs yarat başladıla bilər.
    İlk addım fayyların yüklənməsidir. Bu əməliyyat üçün sol ağacvari strukturdan başlanğıc obyekti seçin, Faylları əlavə et, düyməsini basın, faylları seçin və yükləyin. Növbəti addım dərsə resursların əlavə edilməsidir. Bunu etmək üçün sol tərəfdən faylları seçin və Dərs planına əlavə et düyməsini basın.

    Fayl dərs hissəsi kimi istifadə olunandan sonra istifadəçi aşağıdakı əlaqələndirilmiş atributları təyin edə bilər: resurs növü, təsvir, saatlar, dəqiqələr və ya saniyələr. Bütün bu atributlar dərs hissələri siyahısında müvafiq xanaya iki dəfə basmaqla əlavə oluna bilər. Dəyişikliklər Yadda saxla düyməsini basdıqdan sonra tətbiq olunacaq. Dərs hissəsi onu seçməklə və Fəaliyyəti sil, sonra isə Yadda saxla düyməsinə basmaqla silinə bilər.

    Fəaliyyətləri nizamlamaq üçün siz bir və ya bir neçə fəaliyyəti lazımi mövqeyə daşıyıb aparmalısınız.

    KONTENT SAHƏSİNİ AXTAR


    Axtarış tarixçəsi

    Burada siz axtarış tarixçəsinə baxa bilərsiniz. Hesabatda yadda saxlanan icra olunmuş hər bir axtarış əməliyyatı haqqında aşağıdakı məlumat olur:

    • Axtarış sətri
    • Axtarış tarixi
    • Axtarış nəticələrinin sayı
    • Yalnız atributları axtar – yuxarıdakı bölmədə izah olunub
    • Fərdi sənədlərdə axtar - yuxarıdakı bölmədə izah olunub
    • Ümumi sənədlərdə axtar - yuxarıdakı bölmədə izah olunub
    • Əlfəcinlərdə axtar - yuxarıdakı bölmədə izah olunub

    Bu hesabatda göstərilmiş və artıq münasib olmayan axtarış əməliyyatı müvafiq Seçilmişi sil düyməsini basmaqla silinə bilər.

    TƏDRİS OBYEKTİ ƏMƏLİYYATLARI VƏ HESABATLAR


    Tədris obyekti idxal hesabatları

    İstifadəçi tədris obyektləri statusu üzərində asinxron idxalları hesabatlarını görə bilər.

    Fənnlər üzrə tədris obyektlərinin sayı

    İstifadəçi fənn üzrə iş sahələrindən olan tədris materiallarının siyahısına baxa bilər. Fərdi/Ümumi RLO qovluğundan olan materiallar da nəzərə alınır. Bu həmçinin fənn olmadan tədris obyektlərini də müəyyən edir.

    Test sual növləri statistikası

    Bu bölmədə test sual növləri ilə əlaqədar statistika təqdim olunur. Hesabata daxil olunan sütunlar bunlardır: Növ; Kurslar; Planlaşdırılmış kurlar; Şagirdlər; Testlər; Suallar; Cavablar; Düzgün cavablar; Səhv cavablar və Neytral cavablar.