TƏDRİS

Tədris modulu kurs idarəçiliyi, qiymətləndirmə və ev tapşırığı alt bölmələrindən ibarətdir. Bu modul Tədris (burada şagirdlərin kurslara daxil olma hüquqları var) və İş sahəsi (burada tədris obyektləri saxlanır) modulu ilə əlaqədardır.

KURS İDARƏÇİLİYİ


Kurs yarat

İlkin şərtlər:

Kurs yaratmaq üçün aşağıdakı əməliyyatları aparmaq lazımdır:

Sonda istifadəçi Kursu yadda saxla düyməsini basmalıdır. Aşağıdakı pəncərə açılacaq:

Kursu indi cədvəlləmək üçün Bəli, kursu sonra cədvəlləmək üçün isə Xeyr düyməsini basın.

Dərs yaratmaq üçün istifadəçi iş sahələri səhifəsinə keçməli, "Dərs yarat" əlaqəsinə basmalıdır. O həmçinin öz Fərdi RLO Qovluğunda RLO əməliyyatları tab səhifəsində Yarat->Dərs yarat düyməsi vasitəsilə dərs yarada bilər.

Kursu cədvəllə

İlkin şərtlər

Kursu cədvəlləmək üçün istifadəçi növbəti əməliyyatları icra etməlidir:

Kursu yadda saxlamaq üçün Planlaşdırılmış kursu yadda saxla düyməsini basmalıdır. Əgər tədris rejimi asinxron olmazsa və şagirdlər özlərini qeydiyyata sala bilərsə, aşağıdakı pəncərə açılacaq:

İştirakçıları indi idarə etmək üçün Bəli, iştirakçıları daha sonra idarə etmək üçün Xeyr düyməsini basın.

İştirakçıları idarə et


Bu seçim sinxron kurslar üçün və asinxron kurslar üçün özünü qeydiyyat olmadan mümkündür.

İlkin şərtlər

Kursun iştirakçılarını idarə etmək üçün istifadəçi sol tərəfdəki ağacvari strukturdan istifadəçini və ya komponenti seçməli və Əlavə et düyməsini basmalıdır.

Kursu tədris et

Bu menyu yalnız sinxron tədris zamanı yalnız müəllim və şagirdin daxil ola biləcəyi interaktiv dərsləri dəstəkləyir. Tədris sessiyası müəllim tərəfindən açılır və idarə olunur.

Dərsin tədris olunması

Müəllim virtual sinfi iki üsulla başlaya bilər:

Virtual sinif səhifəsi aşağıdakı struktura malikdir:

İştirakçılar bölməsində müəllimin üç mümkün menyusu var:

Kursların idarə olunması

Mümkün əməliyyatlar bunlardır:

Yadda saxlayın ki, cədvəllənmiş kursu silə və ya arxivləşdirə bilməzsiniz. Həmçinin yadda saxlayın ki, cari vaxtda icra olunan və ya tamamlanmış cədvəldə olan kursu redaktə edə bilməzsiniz.

Latın əlifbası hərfləri olmayan (məsələn, Yunan, Azəri, Rus) başlıqlı kataloqu ixrac etmək üçün siz həmin dili həm İdarəetmə paneli/Regional və Dil parametrləri/Təkmil - qeyri-Unicode proqramları üçün Dil (Control Panel/Regional and Language Options/Advanced - Language for non-Unicode programs) vasitəsilə, həm də AeL "Dili dəyiş" bölümündən dəyişməlisiniz.

Kurs cədvəllərini idarə et

Mümkün əməliyyatlar bunlardır:

Yadda saxlayın ki, siz kurs cədvəlini yalnız kurs başladılmayıbsa redaktə edə və ya silə bilərsiniz.

Kursu idxal et

İstifadəçi kursu idxal etmək üçün onu əvvəlcə platformadan ixrac etməlidir. Browse düyməsini basın, zip faylın yerini seçin, İdxal et düyməsini basın.

QİYMƏTLƏR VƏ QAİBLƏR


Qaiblər


Bu bölmədə müəllim əlavə etdiyi qaiblərə baxa, onları əlavə edə, redaktə edə və silə bilər. Qaiblər siyahısı .csv, .xls, .xml və ya .pdf fayla ixrac oluna bilər.

Qaiblərə baxmaq, onları redaktə etmək və ya silmək üçün müəllim səhifənin sol tərəfində göstərilmiş ağacvari strukturdan sinfi və ya şagirdi seçməlidir. Əgər seçilmiş obyekt komponentdirsə (sinif) həmin komponentin şagirdləri üçün yaradılmış bütün qaiblər sağ tərəfdə göstəriləcək.

Fənn qaibləri

İlkin şərtlər

  • Verilmiş şagirdə hər hansı fənn üzrə qaib yazmaq üçün həmin fənn artıq əlaqəli olmalıdır (Administrasiya menyusunda Fənnləri idarə et əlaqəsinə bax).
  • Həmçinin, qaib əlavə etmək üçün komponentin əlaqəli gün dövrləri olmalıdır. (Administrasiya menyusunda Komponentlər əlaqəsinə bax)

Yeni qaib yalnız o zaman yaradıla bilər ki, seçilmiş obyekt şagird olsun:

Müəllim aşağıdakı sahələri doldurmalıdır:

  • Fənn
  • Tarix
  • Gün dövrü
  • Şərh (mütləq sahə deyil)

Fənn qaibləri jurnalı

Bu bölmədə müəllim yaratdığı fənn qaiblərini səhifənin sol tərəfindəki ağacvari strukturdan şagirdi və ya komponenti seçərək görə bilər. Qaiblə əlaqədar şərhləri mausu     işarəsinə yaxınlaşdırmaqla görmək olar.

Qiymətlər


Bu bölmədə müəllim əlavə etdiyi qiymətlərə baxa, onları əlavə edə, redaktə edə və silə bilər. Qiymətlər siyahısı .csv, .xls, .xml və ya .pdf fayla ixrac oluna bilər.

Qiymətlərə baxmaq, onları redaktə etmək və ya silmək üçün müəllim səhifənin sol tərəfindəki ağacvari strukturdan sinfi və ya şagirdi seçməlidir. Əgər seçilmiş obyekt komponentdirsə həmin komponentin şagirdləri üçün yaradılmış bütün qiymətlər sağ tərəfdə göstəriləcək.

Fənn qiymətləri

İlkin şərtlər

  • Verilmiş şagirdə hər hansı fənn üzrə qiymət yazmaq üçün həmin fənn artıq əlaqəli olmalıdır.

Yeni qiymət yalnız o zaman yaradıla bilər ki, seçilmiş obyekt şagird olsun.

Müəllim aşağıdakı sahələri doldurmalıdır:

  • Fənn
  • Qiymət növü
  • Ədədi qiymət növü
  • Qiymət
  • Məqbul seçim daması şagirdin bu fəndən keçirilib keçirilmədiyinə istinad edir.
  • Tarix
  • Şərh (mütləq sahə deyil)

Qiymətlər siyahısı .csv, .xls, .xml və ya .pdf fayla idxal oluna bilər. Fayl aşağıdakı sahələrə malik olmalıdır: qiymət, məqbul, fənn, tarix, şərh, adı, soyadı. Bu ixrac olunan fayllara uyğun fayl olmalıdır.

Fənn qiymətləri jurnalı

Bu bölmədə müəllim yaratdığı fənn qiymətlərini səhifənin sol tərəfindəki ağacvari strukturdan şagirdi və ya komponenti seçərək görə bilər.

KURSLARIN HESABATI


Kursların hesabatı

Burada kurslar üzrə müxtəlif hesabatlara baxmaq olar:

  • Kursun adı
  • Kursun statusu
  • Müəllim
  • Şagirdlərin sayı
  • İşləyən şagirdlər
  • Dərslərin sayı
  • Başlanmış dərslər
  • Tədris rejimi
  • Müəllim komponenti

Cədvəldən kursu seçdikdən sonra digər üç hesabat mümkün olur:

  • Kursların statistikasına bax



  • Dərslərin hesabatına bax - Buradan daha iki hesabat mümkündür: fəaliyyətlər hesabatı və şagirdin fəaliyyət hesabatı



  • Şagirdlərin hesabatına bax - Hesabat şagird üzrə başladılımış və bitirilmiş dərslərə əsaslanır. Buradan iki hesabat mümkündür: Şagird fəaliyyəti hesabatına bax və Kurs qeydinə bax



İştirak hesabatı

Burada aşağıdakı məlumata malik iştirak hesabatına baxmaq olar:

  • Şagirdin adı
  • Komponent
  • Qeydiyyata salınmış kursların sayı

Burada daha iki hesabat mümkündür:

  • Şagirdin iştirak hesabatı – bu hesabat seçilmiş şagirdin iştirak etdiyi kurslardan məlumatı təqdim edir

  • Şagirdin aylıq iştirak hesabatı – seçilmiş şagird üçün aylıq iştirak hesabatını göstərir



MÜMKÜN KURSLAR


Cari kurslar

Bu bölmə istifadəçinin cari aktiv kurslarının siyahısından ibarətdir. Kursun üzərinə basmaqla Kursun xülasəsi səhifəsi açılır. Burada kurs haqqında tam məlumat əks olunur və istifadəçiyə kursu bitirmək, kurs dərslərinə baxmaq və s. kimi konkret əmliyyatlar aparmaq imkanı verir.

Gələcək kurslar

Burada istifadəçi hələ başlanamamış bütün kursların (sinxron və asinxron) siyahısına baxa bilər. Buradan icra oluna biləcək fəaliyyətlər seçilmiş kursun növündən asılıdır. Kursun üzərinə basmaqla Kursun xülasəsi səhifəsi açılır. Burada kurs haqqında tam məlumat əks olunur və istifadəçiyə kursu idarə etmək, iştirakçıları idarə etmək, kursu başlamaq / bitirmək imkanı verir.

Kursun tarixçəsi

Burada istifadəçi bitmiş kursların (artıq davam etməyən) siyahısına baxa bilər. Kursun üzərinə basmaqla Kursun xülasəsi səhifəsi açılır. Burada kurs haqqında tam məlumat əks olunur.

İŞTİRAKÇILARI QEYDİYYATA SAL


Bu sahə yalnız qeydiyyatdan keçmiş istifadəçilər üçün mümkündür. Burada o, hər iki kurs növü üçün (asinxron və sinxron) iştirakçıların siyahısını idarə edə bilər.

İŞTİRAKÇILARI TƏSDİQ ET


Bu sahə yalnız qeydiyyatı təsdiqləyən istifadəçi üçün mümkündür. Burada o, hər iki kurs növü üçün (sinxron və asinxron) iştirakçıların siyahısını təsdiqləyə/təsdiqləməyə bilər. Kursun xülasəsi bölməsinin sağ tərəfində iştirakçılar göstərilir və Əməliyyatlar bölməsində aşağıdakı əməliyyatlar mümkündür: