TƏDRİS

Bu sahə şagirdlər üçün nəzərdə tutulmuşdur. Burada şagird qiymətlərə, qaiblərə, əlaqəli ev tapşırıqlarına, kurs hesabatlarına, cari kurslara (sinxron və asinxron) və hansı kursa təyin olunduğuna, gələcək kurslara və kurs tarixçəsinə baxa bilər.

CARİ AÇIQ KURSLAR


Burada istifadəçi bütün açıq kursların siyahısını görə bilər. Açıq kurs şagirdlərin özlərini qeydiyyatdan keçirə biləcəkləri kursdur. Verilmiş kurs haqqında daha ətraflı məlumata baxmaq üçün şagird müvafiq əlaqənin üzərinə basmalıdır, sonra o, Özünü qeydiyyat əlaqəsinə basmaqla qeydiyyata düşə bilər . Bu əməliyyatdan sonra kurs Gələcək kurslar sahəsində görünəcək.

QAİBLƏR VƏ QİYMƏTLƏR


Qaiblər

Bu bölmədə şagird öz qaiblərini görə bilər. Səhifə 4 tab səhifəyə bölünür: Fənn qaibləri, Fənn qaibləri jurnalı, Fənn qiymətləri, Fənn qiymətləri jurnalı.

Hər qaib üçün aşağıdakı məlumat mümkündür:

Qiymətlər

Bu bölmədə şagird öz qiymətlərini görə bilər. Səhifə 6 tab səhifəyə bölünür: Fənn qiymətləri, Fənn qiymətləri jurnalı, Kurs qiymətləri, Kurs qiymətləri jurnalı, Tapşırıq qiymətləri, Tapşırıq qiymətləri jurnalı.

Hər bir qiymət üçün aşağıdakı məlumat mümkündür:

EV TAPŞIRIĞI


Burada şagirdlər onlara təyin olunmuş ev tapşırıqlarına baxa bilər. Bu sahədən istifadə etməklə şagird tapşırığa cavab yaza bilər.

Siz tapşırığı seçdikdən sonra Ev tapşırığı göstər və ya Cavab düyməsini basa bilərsiniz.

KURS HESABATLARI


Bu bölmədə şagird iştirak etdiyi kursun hesabatını görə bilər.

Hesabat aşağıdakı məlumata malikdir:

Bu hesabatdan kursu seçdikdən sonra digər bir hesabat – dərslərin hesabatı mümkündür. Dərslər hesabatı üçün bu məlumat mümkündür: Dərsin adı və Sərf olunan vaxt.

MÜMKÜN KURSLAR


Cari kurslar

Bu bölmə şagirdin iştirak etdiyi cari aktiv kursların siyahısından ibarətdir. Kursun üzərinə basmaqla səhifənin sol tərəfində daha ətraflı məlumat görə bilərsiniz.

Sol bölmədə Kursun xülasəsi görünəcək, orta hissədə Kursun ilkin şərtləri əks olunacaq və nəhayət sağ bölmədə İştirakçılar görünəcək.

Asinxron kursu açdıqdan sonra, şagird sol aşağı düyməni basmaqla kursu annotasiya edə bilər, dərsi annotasiya edə və ya kursdan materialları başlada bilər.

Sinxron kursu açdıqdan sonra şagird kursa qoşulmaq üçün Virtual sinfə qoşul düyməsinə basaraq virtual sinfə qoşula bilər. Burada şagird kursun müəllimlərindən materiallar əldə edir. Əgər şagird səhvən ona göndərilmiş materialı bağlayarsa o, həmin materialı Cari dərs hissəsi düyməsinə basmaqla yenidən aça bilər.

Gələcək kurslar

Bu bölmə şagirdin iştirak etdiyi və hələ başlamamış cədvəllənmiş kursların siyahısından ibarətdir. Kursun üzərinə basmaqla daha ətraflı məlumat görmək olar.

Kurs tarixçəsi

Bu bölmədə şagird iştirak etdiyi və bütün bitmiş kursların siyahısını görə bilər. Kursun üzərinə basmaqla daha ətraflı məlumat görmək olar.