ADMİNİSTRASİYA

Bu bölmədə administrativ hüquqlara malik istifadəçilər üçün aşağıdakı sahələr mümkündür:

Təhlükəsizlik


İstifadəçilər

Hər bir istifadəçi və ya qrup üçün rollar və funkiyalar vasitəsilə daxilolma hüququnu idarə edir.

Qeydiyyatı təsdiqləyən istifadəçi əlaqəsi

Qeydiyyatı təsdiqləyən istifadəçi əlaqəsi kontenti ümumi qovluqlara köçürməyi təsdiqləmək hüququna malik istifadəçiləri idarə edir.

TƏHSİL MÜƏSSİSƏSİ


Təhsil müəssisəsinin strukturunu, təhsil müəssisəsindəki mövqeləri idarə edir və sinif otaqları növlərini konfiqurasiya etmək və sistemdə artıq mövcud olan sinif otaqlarının siyahısı kimi komponentləri idarə edir.

Sinif otaqları növləri

Administrativ hüquqlara malik istifadəçi sinif otağı növlərini əlavə edə, redaktə edə və silə bilər. ISinif otağı növünü redaktə etmək üçün Əməliyyatlar menyusunun Redaktə et elementi seçilməlidir. Sinif otağı növünü redaktə etdikdən sonra Yenilə düyməsini basın.

Sinif otaqları

Bu sahə sistemdə olan sinif otaqlarının siyahısını idarə edir. Mümkün əməliyyatlar bunlardır: əlavə et, redaktə et, sil və sinif otağının konfiqurasiyasını redaktə et. Administrativ hüquqlara malik istifadəçi sinif otaqlarını əlavə edə, redaktə edə və silə bilər. Sinif otağını redaktə etmək üçün Əməliyyatlar menyusundan Redaktə et elementini seçin. İstifadəçiyə lazımi sahələri dəyişmək və ya redaktə etmək icazəsi verən Sinif otağını redaktə et xanası görünəcək. Sinif otağını redaktə etdikdən sonra Yenilə düyməsini basın.

HESABATLAR


Qoşulmuş istifadəçilər

Qoşulmuş istifadəçilər siyahısı hal hazırda qoşulmuş bütün istifadəçilərin siyahısını, hal hazırda istifadə etdikləri kompüterin host adını, host ilə əlaqələndirilmiş IP nömrəni nümayiş etdirir.

İstifadəçilərin bağlantısının kəsilməsi

Administrator hal hazırda sistemə daxil olmuş istifadəçinin əlaqəsini mümkün siyahıdan istifadəçini seçib Seçilmişlə bağlantını kəs düyməsinə basmaqla kəsə bilər.

Bağlantı tarixçəsi

Bağlantı tarixçəsi bütün istifadəçi bağlantılarını, bağlantının başlama vaxtını, bağlantının bitmə vaxtını və AeL proqramına qoşulmaq üçün istifadə olunan kompüterin host adını və müvafiq host ilə əlaqələndirilmiş IP nömrəni nümayiş etdirir. Siyahı nümayiş olunan sahələr vasitəsilə süzgəclənə və xarici istifadə üçün müxtəlif formatlarda ixrac edilə bilər.

Bağlantı statistikası


Bu, hər gün üçün olan sessiyaların sayını, o cümlədən ilk sessiyanın başlandığı və son sessiyanın bitdiyi saatı göstərir. Bu həmçinin, iki saat arasındakı vaxt müddətini və bu intervalda olan bağlantıların sayını nümayiş etdirir.

Tarixçə


İstifadəçilərə proqram tarixçələrini lokal kompüterə yükləmək imkanı verir. Tarixçələri yüklə seçdikdən sonra peyda olan menyu görünür. Burada istifadəçinin iki seçimi var:
1. İstifadəçi tarixçələri “haradan” seçməlidir: LCMS (Tədris Kontentinin İdarəetmə Sistemi), CR (Kontent bazası) və LCMS və CR.
2. "Nə vaxtdan etibarən" istifadəçi tarixçələri seçə bilər: Cari tarixçə (bu gün üçün olan tarixçə) və Bütün tarixçələr. İstifadəçi hər paneldən seçim etməlidir.

ÜSTÜNLÜK VERİLƏNLƏR



Proqram üstünlük verilənləri. Bu səhifə yalnız Administrator qrupunda olan istifadəçilər üçün mümkündür. Bu qlobal parametrlərin quraşdırılmasına imkan:
  • Cəhdlərin maksimum sayı serverə qoşulmaq istəyən maksimum müştəri sayına istinad edir;
  • Taymaut saniyələri AeL müştərisinin serverə qoşulmaq üçün iki ardıcıl cəhd arasında sərf olunan vaxta istinad edir.

Dəyişiklikləri yadda saxlamaq üçün istifadəçi "Üstünlük verilənləri yadda" düyməsini basmalıdır.

İstifadəçi üstünlük verilənləri

Bu sahə proqramın üslub parametrlərini idarə edir:
  • İnterfeysin rəngi (susmaya görə, mavi, narıncı və ya yaşıl)
  • Fərdi üslubları istifadə et (bəli, xeyr)
  • Printerin sadə üslublarını istifadə et (bəli, xeyr).

Dəyişiklikləri yadda saxlamaq üçün istifadəçi "Üstünlük verilənləri yadda" düyməsini basmalıdır.

İstifədəçi müəyyən üslubu

Bu bölmədə istifadəçi proqram üçün üstünlük verdiyi şriftləri və rəngləri seçə bilər. Ekran üslubları və printer üslubları mümkündür. Dəyişiklikləri yadda saxlamaq üçün istifadəçi "Üslubları yadda saxla" düyməsini basmalıdır.

Salamlama səhifəsinin üstünlük verilənləri


Administrativ hüquqlara malik istifadəçi proqram istifadəçiləri üçün salamlama ismarışlarını və şəkillərini idarə edə bilər.

İsmarışların redaktə olunması

Susmaya görə ismarış və istifadəçi ismarışı redaktə oluna bilər. Əgər istifadəçinin fərdi salamlama ismarışı varsa salamlama pəncərəsində bu ismarış nümayiş olunacaq, əks halda susmaya görə olan ismarış nümayiş olunacaq.

Şəkillərin redaktə olunması

Susmaya görə şəkil və istifadəçi şəkli redaktə oluna bilər. Əgər istifadəçinin fərdi salamlama şəkli varsa salamlama pəncərəsində bu şəkil nümayiş olunacaq, əks halda susmaya görə olan şəkil nümayiş olunacaq.

Şəkillərə baxış

Susmaya görə şəkil və istifadəçi şəkli pəncərədə nümayiş oluna bilər.

İdxal olunmuş fayllar süzgəci

İdxal olunmuş fayllar süzgəci sistem inzibatçısına istifadəçilərin sistem kontent bazasına yükləyə biləcəyi fayl növlərini məhdudlaşdırmaq imkanı verir.

Hansı növ fayllar yüklənə bilər

İdxal olunmuş fayllar süzgəci siyahısı sistem kontent bazasına yüklənməsi məhdudlaşdırılan fayl növlərinə malikdir. İnzibatçı Əməliyyatlar menyusunda Əlavə et elementinə basmaqla fayl yüklənən zaman yoxlanacaq fayl adı nümunələrini müəyyən edə bilər.

FƏRDİ ATRİBUTLAR



Fərdi atributlar sistemin kontent sahəsində saxlanılan sənəd və fayllarla əlaqələndirilə biləcək məlumat üçün kiçik dolduruculardır. Fərdi atributlarda saxlanan məlumat istifadəçinin iş sahəsi axtarış funksiyasından istifadə etməklə axtarıla bilər. Yaradılmış fərdi atributlar bütün istifadəçilər tərəfindən öz sənəd və fayllarında istifadə oluna bilər.

Fərdi atributları necə idarə etməli

Fərdi atributlar inzibatçılar tərəfindən yaradıla və bütün sistem istifadəçiləri tərəfindən istifadə oluna bilər. Bir dəfə yaradılan atribut həmin an istifadəçilər tərəfindən istifadə oluna bilər. Atribut bir dəfə sistem istifadəçiləri tərəfindən istifadə olunarsa o artıq silinə bilməz. Bu yalnız o halda mümkün ola bilər ki, həmin atributu istifadə edən sənədlər silinsin və ya müvafiq atribut əlaqəsi silinsin.